» Direktor

 
 
 

Direktor



 

Direktor 

Məmmədov Fərrux  Qara oğlu   

16 iyun 1951-ci ildə Tovuz rayonunun Sarıtala kəndində anadan olmuşdur.1968-ci ildə Tovuz şəhər orta məktəbini,1974-cü ildə isə Azərbaycan Neft və Kimya İnstitutunun(indiki Neft və Sənaye Universiteti) " Neft-mexanika ” fakultəsini bitirib.Əmək fəaliyyətinə o dövrdəki Azərbaycan Neft və Kimya İnstitutunda başlayıb.1978-ci ildən isə  keçmiş  Bakı Axşam Texnikumunda(sonralar bu texnikumun bazasında Bakı Maşınqayırma Texnikumu yaradılmışdır) müəllim,metodist,şöbə müdiri,tədris işləri üzrə direktor müavini və  1992-1996-cı illərdə Bakı Maşınqayırma Texnikumunun direktoru vəzifəsində çalışmışdır.1996-cı ildə  Bakı Politexnik və Maşınqayırma Texnikumları birləşdirilərək Bakı Texniki Kolleci yaradıldıqda Bakı Maşınqayırma Texnikumunun direktoru vəzifəsindən tədris işləri üzrə direktor müavini vəzifəsinə keçmişdir.1997-ci ildə " Quyuların qazılması zamanı hidromexaniki intiqallı qurğu ilə  qaldırma-endirmə  əməliyyatında effektivliyin artırılması” mövzusunda namizədlik dissertasiyası müdafiə  etmişdir.Texnika elmləri üzrə  fəlsəfə doktorudur.

  2011-ci ildə " qabaqcıl təhsil işçisi” döş  nişanı ilə  təltif olunmuşdur.
  2014-cü ildən Bakı Texniki Kollecinin direktoru vəzifəsini icra edir.
  Ailəlidir,3 övladı-2qız,1oğlan atasıdır.5 nəvəsi var.