» Fikrət Ələsgərov -Ümumixtisas və neft fənn birliyinin müəllimi

 
 
 

Fikrət Ələsgərov -Ümumixtisas və neft fənn birliyinin müəllimi

 

Fikrət Ələsgərov 18.07.1955 ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-1977-ci illərdə Azərbaycan Neft Kimya İnstitutunda - "Neft və qaz quyuların qazması və istismarı-dağ mühəndisi, texnoloq" ixtisasını bitirmişdir. 1977-1980-ci illərdə "Azneft" birliyində - Mühəndis-texnoloq, növbə rəisi vəzifəsində işləmişdir. 1980-2002-ci illərdə Milli Patent Ekspertiza mərkəzindı-aparıcı ekspert, qrup rəhbəri, şöbə rəisi,direktor müavini, direktor vəzifələrində çalışmışdır. 2002-2010 -cu illərdə "SSTRONG"MMC-nin Baş Direktorun müavini vəzifəsində çalışmışdır. 2013-cü ildən Bakı Texniki Kollecində - standartlaşdırma,metrologiya və sertifikatlaşdırma, neft və qaz quyuların istismarı, neft-qaz mədən avadanlığının istismarı,sənaye və texnoloji avadanlığının konstruksiyası və quraşdırılması, həyat fəaliyyətinin təhlükəsizliyi fənlərində pedaqoji fəaliyyətə başlamışdır.