» İnzibati təsərrüfat işləri üzrə direktor müavini

 
 
 

İnzibati təsərrüfat işləri üzrə direktor müavini

 

Arif Həsənov Həsənbala oğlu 28 aprel 1952-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1959-cu ildə Şəki şəhər 2 saylı orta məktəbə getmiş və 1969-cu ildə orta məktəbi bitirmişdir.

1970-ci ildə D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstituna daxil olmuş, 1975-ci ildə həmin institutun "Siyasi iqtiad” ixtisasını bitirmişdir.

1975-ci ildən keçmiş Bakı Politexnik texnikumunda "Siyasi iqtisad” müəllimi kimi fəaliyyətə başlamışdır. 1975 –ci ilin may ayından 1976-cı ilin may ayına kimi hərbi xidmətdə olmuşdur. 1976-cı ilin iyun ayından Bakı Politexnik texnikumunda müəllimlik fəaliyyətini davam etdirmişdir.

1991-ci ildən 1992-ci ilə kimi direktorun birinci müavini işləmişdir. 1992-ci ildən indiyə kimi Bakı Texniki Kollecində İnzibati-təsərrüfat işləri üzrə direktor müavini kimi fəaliyyət göstərir.

Ailəlidir 2 övladı var