» Müəllimlərimiz

 
 
 

Müəllimlərimiz

 

Məmmədov Fərrux Qara oğlu  

Direktor

16 iyun 1951-ci ildə Tovuz rayonunun Sarıtala kəndində anadan olmuşdur.1968-ci ildə Tovuz şəhər orta məktəbini,1974-cü ildə isə Azərbaycan Neft və Kimya İnstitutunun(indiki Neft və Sənaye Universiteti) " Neft-mexanika ” fakultəsini bitirib.Əmək fəaliyyətinə o dövrdəki Azərbaycan Neft və Kimya İnstitutunda başlayıb.1978-ci ildən isə  keçmiş  Bakı Axşam Texnikumunda(sonralar bu texnikumun bazasında Bakı Maşınqayırma Texnikumu yaradılmışdır) müəllim,metodist,şöbə müdiri,tədris işləri üzrə direktor müavini və  1992-1996-cı illərdə Bakı Maşınqayırma Texnikumunun direktoru vəzifəsində çalışmışdır.1996-cı ildə  Bakı Politexnik və Maşınqayırma Texnikumları birləşdirilərək Bakı Texniki Kolleci yaradıldıqda Bakı Maşınqayırma Texnikumunun direktoru vəzifəsindən tədris işləri üzrə direktor müavini vəzifəsinə keçmişdir.1997-ci ildə " Quyuların qazılması zamanı hidromexaniki intiqallı qurğu ilə  qaldırma-endirmə  əməliyyatında effektivliyin artırılması” mövzusunda namizədlik dissertasiyası müdafiə  etmişdir.Texnika elmləri üzrə  fəlsəfə doktorudur.

  2011-ci ildə " qabaqcıl təhsil işçisi” döş  nişanı ilə  təltif olunmuşdur.
  2014-cü ildən Bakı Texniki Kollecinin direktoru vəzifəsini icra edir.
  Ailəlidir,3 övladı-2qız,1oğlan atasıdır.5 nəvəsi var.


 
 

İbrahimova Nigar Arif qızı

Humanitar və sosial iqtisad fənn birləşməsinin sədri

1961-ci ildə anadan olmuş,1968-ci ildə Şuşa şəhəri 4 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.1978-1979-cu tədris ilində Şuşa şəhəri 4 saylı orta məktəbin 10-cu sinfini bitirmişdir.1980-ci ildə indiki Xankəndi Pedoqoji İnstitutunun tarix fakultəsinə daxil olub,1985-ci ildə İnstitutu bitirmişdir.1991-ci ildən Bakı şəhəri 58 saylı orta məktəbdə tarix müəllimi işləmişdir.Rayon üzrə keçirilən "İnteraktiv üsul üzrə dərslərin keçirilməsi” mövzusundakı müsabiqədə 1-ci yeri tutmuşdur.2003-cü ildən hal-hazıra kimi Bakı Texniki Kollecində "Humanitar və Sosial-İqtisad” fənn birləşməsində tarix müəllimi kimi fəaliyyətə başlamışdır.Hal-hazırda "Humanitar və Sosial-İqtisad” fənn birləşməsinin sədr vəzifəsində çalışır.2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif edilmişdir.

Ailəlidir,üç övladı var.



 
 

Nağıyeva Mələk Ələkbər qızı

Dİl və Ədəbiyyat fənn birləşməsinin sədri

1961-ci ildə Quba rayonunda anadan olmuşdur.1978-ci ildə Quba rayon 4 saylı orta məktəbi bitirmişdir.Həmin ildə ADU-nin filologiya fakultəsinə daxil olmuşdur.1985-ci ildən Xaçmaz şəhəri 6 saylı orta məktəbdə dil və ədəbiyyat müəllimi kimi çalışmışdır.2006-cı ildən Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin Dil və Ədəbiyyat fənn birləşməsinin sədri kimi fəaliyyət göstərir.2015-ci ildə "Qabaqcıl təhsil işçisi” medalı ilə təltif olunmuşdur.

Ailəlidir,üç övladı var.


 


 

Əmikişiyev Vidadi Əli oğlu

22 sentyabr 1945-ci ildə Gəncə şəhərində anadan olub.1962-ci ildə orta məktəbi bitirib.Ukrayna metallurgiya institutunun I kursuna qəbul olunub,1967-ci ilin dekabrında institutunu bitirib. "Qaynaq istehsalının avadanlığı və texnologiyası” ixtisası üzrə "mühəndis-mexanik” müəllim fəaliyyətini 1968-ci ilin mart ayında Bakı Politexnik texnikumunda başlamışdır.1984-cü ildə Yeni yaradılmış Bakı maşınqayırma texnikomuna keçirilmişdir.1995-ci ildən Bakı maşınqayırma texnikomu və Bakı politexnik texnikomu birləşmiş və yaradılan Bakı Texniki Kollecində fənn birləşməsinin sədri təyin olunmuşdur.Müəllim fəaliyyətinin 40 ilinə yaxın fənn birləşməsinə rəhbərlik etmişdir.2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi” medalı ilə təltif olunmuşdur.Ailəlidir,iki oğlu və bir qızı var.Müəllimlik stajı 48 ildir.