» Bakı Texniki Kollecinə tələbə qəbulu

 
 
 

Bakı Texniki Kollecinə tələbə qəbulu


Kollecə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.Kollecə tələbə qəbulu planı müvafiq dövlət,həmçinin ayrı-ayrı müəssisə və təşkilatların sifarişi əsasında orta ixtisas təhsili müəssisənin imkanları nəzərə alınmaqla,orta ixtisas təhsili müəssisələrinin və tabeliyində orta ixtisas təhsili müəssisələri olan nazirlik və təşkilatların təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər kabineti tərəfindən müəyyən olunur.

Azərbaycan və rus bölmələrinə imtahan verən abituriyentlər 45 suala doğru cavab verərlərsə, 300 bal toplamış olarlar. Bir doğru cavab 6,666 bal ilə hesablanır. Abituriyent əgər dörd səhv edərsə, bir doğru cavab silinmiş olur. 11 illik təhsil bazasından imtahana düşən fənlərdən ayrı-ayrılıqda "sıfır” balı yoxdur. 

Sənəd qəbulu 11-illik təhsil bazasından ali təhsil müəssisələrinə qəbulla eyni aparılır. (http://tqdk.gov.az/az/exames/11year/)

Qəbul 11 illik təhsil bazasından azərbaycan və rus bölmələri üzrə I-III qruplar üzrə aparılan imtahanların nəticələrinə əsasən I turda ali məktəblərə qəbul ola bilməyən abituriyentlər II turda kollecə müsabiqə əsasında daxil ola bilərlər.

Sənəd qəbulu 9-illik təhsil bazasından TQDK tərəfindən internet vasitəsilə aparılır. (http://tqdk.gov.az/az/exames/9year/)

İmtahanlar TQDK tərəfindən test üzrə keçirilir.
9-illik təhsil bazasından Azərbaycan bölmələri üzrə imtahanlar 45 sualdan ibarət test ilə aparılır.

1. Azərbaycan dili – 15 sual
2. Riyaziyyat – 15 sual
3. Azərbaycan tarixi – 15 sual

Rus bölməsinə imtahan verən abituriyentlər isə aşağıdakı fənlərdən test üsulu ilə suallara cavab verirlər:

1. Azərbaycan dili – 5 sual
2. Rus dili (qrammatika) – 10 sual
3. Riyaziyyat – 15 sual
4. Azərbaycan tarixi – 15 sual

Bütün ixtisaslar üzrə dövlət hesabına və ödənişli əsaslarla təhsil almaq olar.