» Tədris işləri üzrə direktor müavini əvəzi və Qiyabi şöbə müdiri

 
 
 

Tədris işləri üzrə direktor müavini əvəzi və Qiyabi şöbə müdiri



 
Tədris işləri üzrə direktor müavini əvəzi və Qiyabi şöbə müdiri
Qardaşov Cəlal Əmiraslan oğlu
 

1966-cı ildə Lerik Rayonunda anadan olmuşdur.1983-cü ildə həmin rayonda orta məktəbi bitirmişdir.1986-cı ildə Azərbaycan Politexnik İnstitutunun"Avtomobil nəqliyyatı” fakültəsinə qəbul olmuşdur.1991-ci ildə Azərbaycan Texniki Universitetinin"Avtomobil nəqliyyatının istismarı” ixtisasını bitirmişdir.Həmin ildən Bakı Politexnik Texnikumunun "Avtomobil nəqliyyatı” fənn birləşməsində müəllim kimi fəaliyyətə başlamışdır.2002-ci ildən 2015-ci ilə kimi Bakı Texniki Kollecinin "Avtomobil nəqliyyatı” fənn birləşməsinin sədri olmuşdur.2010-cu ildən həmin kollecin Qiyabi şöbəsinin müdiri vəzifəsində işləyir.Orta ixtisas təhsili müəssisələrində "Yol hərəkətinin təşkili” ixtisasından buraxılış işlərinin yerinə yetirilməsi üçün metodiki göstərişləri,həmin müəssisələrdə tədris olunan "Avtomobil yolları” və "Avtomobil yollarının nəqliyyat istismar keyfiyyətləri” fənnlərindən mühazirələri və "Yol hərəkətinin təşkili və təhlükəsizliyi” , "Yol hərəkəti qaydaları və hərəkətin təhlükəsizliyi” , "Avtomobil yollarının nəqliyyat istismarı keyfiyyətləri”, "Beynəlxalq daşımalar” , "Yol hərəkətinin təşkilinin texniki nizamlama vasitələri” fənlərindən proqramları işləmişdir.Hal-hazırda direktor müavini əvəzi və Qiyabi şöbəsinin müdiridir.

Ailəlidir: iki övladı var.