» Tədris hissə müdiri

 
 
 

Tədris hissə müdiri

 

Tədris Hissə Müdiri

Muradova Çiçək HacıBayram qızı

12 yanvar 1959-cu il tarixində Azərbaycan Respublikası Balakən rayonunun Hənifə kəndində ziyalı ailəsində anadan olmuşdur.1965-ci ildə Balakən rayon Hənifə kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur və 1976-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir.1980-ci ildən Bakı şəhəri Bakı Mebel hissələri Kombinatında arxiv müdiri vəzifəsində çalışmışdır.

1988-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur və 1994-cü ildə həmin fakültəni bitirmişdir.1994-cü ildən Bakı Avtonəqliyyat İstehsalat birliyində kadrlar şöbəsinin rəisi,hüquqşünas vəzifələrində çalışmışdır.1997-ci ildən Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsində müəllimə işləmişdir.2011-ci ildən indiyədək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində Tədris Hissə müdiri vəzifəsində çalışır.

Ailəlidir.