» » Bakı Texniki Kollecində 2017-2018-ci il payız imtahan sessiyasına başlanıldı.

 
 
 

Bakı Texniki Kollecində 2017-2018-ci il payız imtahan sessiyasına başlanıldı.

Müəllif Gülnar(BTK Proqramist) Tarix 29-12-2017, 12:29,

Azərbaycan Respublikasının Təhsil Nazirliyin 438№-li 19.12.2017-ci il tarixli əmrinə əsasən Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində 2017-2018-ci tədris ilinin payız imtahan sessiyasının mövcud qaydalarına uyğun keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsi zamanı obyektivliyi, şəffaflığı və yarana biləcək neqativ halların obyektiv surətdə aradan qaldırılmasını təmin etmək üçün göstəriş verilmişdir.

      2017-2018-ci tədris ilinin payız imtahan sessiyası 29.12.2017-31.01.2018-ci ilə qədər keçiriləcək.

İmtahanlar 2 növbədə aparılacaq:

1-ci növbə saat 10:00-12:15

2-ci növbə saat 14:00–16:15

     Bu gun Bakı Texniki Kollecində payız imtahan sessiyasının başlanmasına start verildi. İmtahanların keçirilmə otaqları, imtahan yazı işlərinin yoxlanması otağı,qərərgah otağı, kodlaşdırma otağı tam hazır vəziyyətə gətirilmişdir. Hər bir şərait imtahan prosesinin şəffaf və obyektiv keçirilməsi üçün nəzərdə tutulmuşdur.

     29.12.2017 ci il saat 10:00- da imtahanlar keçirilməyə başlanıldı. Kollecimizin direktoru Fərrux müəllim imtahan prosesinin qaydaları haqqında tələbələrə məlumat verdi və onlara imtahanlarda uğurlar arzuladı.

      Saat 12:15 də imtahan prosesi başa çatdıqdan sonra tələbələrin imtahan vərəqələri "Kodlaşdırma otağı”na göndərildi. Həmin otaqda tələbələrin imtahan vərəqləri kodlaşdırıldıqdan  sonra  vərəqlər " İmtahan yazı işlərinin yoxlanması otağı"na göndərildi, müəllimlər tələbələrin biliklərini qiymətləndirdilər.

    İmtahanların keçirlməsi və tələbələrin imtahan yazı işlərinin qiymətləndirilməsi prosesi tam obyektiv və şəffaf şəkildə keçirildi. İmtahan prosesinin gedişatı həm tələbələri həm də müəllimləri razı saldı.

 

Bakı Texniki Kollecində 2017-2018-ci il  payız imtahan sessiyasına başlanıldı.

Bakı Texniki Kollecində 2017-2018-ci il  payız imtahan sessiyasına başlanıldı.

Bakı Texniki Kollecində 2017-2018-ci il  payız imtahan sessiyasına başlanıldı.

Bakı Texniki Kollecində 2017-2018-ci il  payız imtahan sessiyasına başlanıldı.

Bakı Texniki Kollecində 2017-2018-ci il  payız imtahan sessiyasına başlanıldı.

Bakı Texniki Kollecində 2017-2018-ci il  payız imtahan sessiyasına başlanıldı.

Bakı Texniki Kollecində 2017-2018-ci il  payız imtahan sessiyasına başlanıldı.

Bakı Texniki Kollecində 2017-2018-ci il  payız imtahan sessiyasına başlanıldı.

Bölmə *Xəbərlər

Sosial şəbəkədə paylaş: