» » “Gəncləri radikal meyillərdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib

 
 
 

“Gəncləri radikal meyillərdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib

Müəllif Gülnar(BTK Proqramist) Tarix 21-02-2018, 23:46,

Fevralın 21-də Nizami Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla  İş üzrə Dövlət  Komitəsi (DQİDK) və Nizami rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Bakı Texniki Kollecində "Gəncləri radikal meyillərdən qoruyaq” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Amal Məlikov, Nizami rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Tural Mustafazadə, Bakı Texniki Kollecinin direktoru Fərrux Məmmədov və kollecin müəllim-tələbə kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nizami RİH başçısı Aparatının nümayəndəsi Bəhman Hüseynov "Şəhadət” sənədli filminin gənclərin, xüsusilə də tələbələrin dini radikalizmin təsirlərindən qorunmasında mühüm əhəmiyyətindən danışıb.
Bakı Texniki Kollecinin direktoru Fərrux Məmmədov maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayaraq bu cür tədbirlərin təhsil müəssisələrində keçirilməsinin vacibliyini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov milli-mənəvi dəyərlərimizin İslam dəyərləri ilə vəhdət təşkil etdiyini, dini radikalizm və ekstremizm meyillərinin həqiqi vətənpərvərlik və şəhadət anlayışlarına zidd olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.  
Nizami rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Tural Mustafazadə gənclərin dini radikalizm və ekstremizmin təsirlərindən qorunma yolları haqqında danışıb.
Sonda "Şəhadət” sənədli filmi nümayiş olunub.
 
 
“Gəncləri radikal meyillərdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib

“Gəncləri radikal meyillərdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib

“Gəncləri radikal meyillərdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib

“Gəncləri radikal meyillərdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib

“Gəncləri radikal meyillərdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib
 

Bölmə *Xəbərlər

Sosial şəbəkədə paylaş: