» » Bakı Texniki Kollecində "Gənclər arasında Azərbaycançılıq ideyasının təşviqi tədbirlərinin təşkili" layihəsi çərçivəsində görüş.

 
 
 

Bakı Texniki Kollecində "Gənclər arasında Azərbaycançılıq ideyasının təşviqi tədbirlərinin təşkili" layihəsi çərçivəsində görüş.

Müəllif Director Tarix 25-11-2016, 11:54,

 

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin Akt zalında 24.11.2016 tarixdə saat 1400-da Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan "Gənclər arasında Azərbaycançılıq ideyasının təşviqi tədbirlərinin təşkili” layihəsi çərçivəsində ziyalılarla tələbələrin görüşü təşkil edilmişdir.

Görüşdə "Kür – Xəzər” Xeyriyyə İctimai birliyinin nümayəndələri və digər qonaqlar iştirak etdilər. Görüşü BTK-nın direktoru Fərrux Məmmədov açdı. Görüşdə 20 yanvar ictimai birliyinin sədr müavini – Əliyev Mustafa, Dünya Azərbaycanlılar Assambleyasının diaspora və lobbisi üzrə vitse-prezidenti – Kərimov Sərraf. "Gənclər arasında Azərbaycançılıq ideyasının təşviqi tədbirlərinin təşkili” mövzusu ətrafında çıxışlar eşidildi.

Kollecin iqtisadiyyat şöbəsi, 135-ci qrup tələbələri Əlizadə Humay – "Heydər Əliyev və Azərbaycançılıq”, Musayeva Günel isə "Vətənpərvərlik – öz vətənini sevmək deməkdir” mözusunda çıxışlar etdilər.

Sonda Respublikanın Əməkdar müəllimi, Beynəlxalq Rəsul Rza, Cəfər Cabbarlı, Mikayıl Müşfiq və 1971-ci ildən "Qızıl qələm” mükafatları laureatı, şair Oqtay Rza öz şeirlərini oxudu və təzə çapdan çıxmış "Adlı, ünvanlı misralar” adlı şerlər kitabını kollec kitabxanasına hədiyyə etdi.

Bakı Texniki Kollecində "Gənclər arasında Azərbaycançılıq ideyasının təşviqi tədbirlərinin təşkili" layihəsi çərçivəsində görüş.
Bakı Texniki Kollecində "Gənclər arasında Azərbaycançılıq ideyasının təşviqi tədbirlərinin təşkili" layihəsi çərçivəsində görüş.
Bakı Texniki Kollecində "Gənclər arasında Azərbaycançılıq ideyasının təşviqi tədbirlərinin təşkili" layihəsi çərçivəsində görüş.
Bakı Texniki Kollecində "Gənclər arasında Azərbaycançılıq ideyasının təşviqi tədbirlərinin təşkili" layihəsi çərçivəsində görüş.
Bakı Texniki Kollecində "Gənclər arasında Azərbaycançılıq ideyasının təşviqi tədbirlərinin təşkili" layihəsi çərçivəsində görüş.
Bakı Texniki Kollecində "Gənclər arasında Azərbaycançılıq ideyasının təşviqi tədbirlərinin təşkili" layihəsi çərçivəsində görüş.
Bakı Texniki Kollecində "Gənclər arasında Azərbaycançılıq ideyasının təşviqi tədbirlərinin təşkili" layihəsi çərçivəsində görüş.

 

Bölmə *Xəbərlər

Sosial şəbəkədə paylaş: