» » AzTU-nun nəzdində Bakı Texniki Kollecinin direktoru, t.e.d., professor Akif Əli oğlu Cahangirov

 
 
 

AzTU-nun nəzdində Bakı Texniki Kollecinin direktoru, t.e.d., professor Akif Əli oğlu Cahangirov

Müəllif Gülnar(BTK Proqramist) Tarix 6-02-2020, 16:20,

AzTU-nun  nəzdində Bakı Texniki Kollecinin direktoru, t.e.d., professor Akif Əli oğlu Cahangirov

 

 

AzTU-nun AzTU-nun nəzdində Bakı Texniki Kollecinin direktoru, t.e.d., professor Akif Əli oğlu Cahangirov


Cahangirov Akif Əli oğlu 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur.1981-ci ildə Bakının 13 saylı orta məktəbini bitirərək, Azərbaycan Poltexnik İnstitunun (Azərbaycan Texniki Universiteti) "Avtomabil nəqliyyatı” fakültəsinə daxil olmuş, 1986-cı ildə oranı bitirmişdir.

İnstitutu bitirdikdən sonra təyinatla Avtomabil Nəqliyyatı Nazirliyində böyük mühəndis,)

1990-cı ildə Azərbaycan Texniki Universitetinin (AzTU) "Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasında baş laborant, 1995-ci lidə isə kafedranın baş müəllimi vəzifəsinə seçilmişdir.

1992-ci ildə Azərbaycan Texniki Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi və 1999-cu ildə "Avtomabil daşınmaları və yol hərəkətinin təşkili” kafedrası üzrə dosent elmi adı almışdır.

2000-ci ildə "Avtomexanika” fakültəsinə dekan müavini, 2002-ci ildə isə rektorun köməkçisi təyin edilmişdir. 2005-cı ildən Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilmişdir.

2010-cu ildə Həmkarlar İttifaqı Konfederasiyasının "Həmkarlar İttifaqında xidmətlərinə görə” medalına layiq görülüb.

2012-cu ildə Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

2018-ci ildə Prezident sərəncamı ilə "Tərəqqi” medalına layiq görülüb.

2018-ci ildə doktorluq disertasiyasını müdafiə edib, texnika üzrə elmlər doktoru adını alıb.

2019-ci il martın 6-də keçirilən AzTU Elmi Şurasının qərarı ilə "Avtomabil daşınmaları və yol hərəkətinin təşkili” kafedrasının professoru vəzifəsinə seçilib.

A.Ə.Cahangirov 63-dən çox elmi məqalələrin, tədris-metodiki vəsaitlərin müəllifidir, mütəmadi olaraq respublika və beynəlxalq konfranslarda çıxış edir.

1993-cü ildən YAP-üzvüdür.

A.Ə.Cahangirov  ATİAHİ Respublika Komitəsinin Məclis üzvü və Təşkilat Komissiyasının sədri, AzTU Həmkarlar İttifaqı Komitəsinin sədri və universitetin Elmi Şurasının üzvü olmuşdur.

A.Ə.Cahangirov 03.02.2020.-ci il tarixindən AzTU-nun nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecinin direktoru vəzifəsindədir.

Ailəlidir, iki qızı var.


Bölmə *Xəbərlər

Sosial şəbəkədə paylaş: