» » Bakı Texniki Kollecinin ingilis dili müəlliməsi Məcidova Nərmin “Qafqaz Media” İctimai Birliyi tərəfindən keçirilən Gənclər Gününündə iştirak edib.

 
 
 

Bakı Texniki Kollecinin ingilis dili müəlliməsi Məcidova Nərmin “Qafqaz Media” İctimai Birliyi tərəfindən keçirilən Gənclər Gününündə iştirak edib.

Müəllif Gülnar(BTK Proqramist) Tarix 20-02-2020, 12:10,

Bakı Texniki Kollecinin ingilis dili müəlliməsi Məcidova Nərmin “Qafqaz Media” İctimai Birliyi tərəfindən keçirilən  Gənclər Gününündə iştirak edib.

 


Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Tədbirdə İctimai Birliyin sədri,şairə, Prezident təqaüdçüsü, həkim-kordioloq Hacı Azadə Taleh Abbas qızı Hüseynova ölkəmizdə gəncliyə diqqət və qayğıdan danışıb. İlk dəfə ulu öndər Heydər Əliyev tərəfindən bu günün təsis edildiyini deyən A.Hüseynova, MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq, ölkəmizdə Gənclər gününün 1997-ci ildə, Gənclər Forumunun isə 1996-cı ildə keçirildiyini bildirib. Azərbaycandan sonra bir çox ölkələrdə də bu günün qeyd edildiyini söyləyib. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən konfransda BMT-nin qərarı ilə avqustun 12-də Gənclər Günü elan edildiyini diqqətə çatdırıb. 

Sonra ədəbiyyat,elm,təhsil ( Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin İngilis dili müəlliməsi Məcidova Nərmin Əlövsət qızı), ictimaiyyətdə fərqlənən gənclərə, televiziya, radio, qəzet və internet saytlarının işçilərinə, istehsalatın bütün növləri üzrə gənc fəallara, tələbələrə "İlin fəal gənci” medalı və vəsiqəsi təqdim edilib. 
 

 

Bölmə *Xəbərlər

Sosial şəbəkədə paylaş: