» » Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin direktoru professor Akif Cahangirovun müəllim və tələbə heyətinə müraciəti

 
 
 

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin direktoru professor Akif Cahangirovun müəllim və tələbə heyətinə müraciəti

Müəllif Gülnar(BTK Proqramist) Tarix 26-05-2020, 13:29,

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin direktoru professor Akif Cahangirovun müəllim və tələbə heyətinə müraciəti

Azərbaycan Texniki Universitetinin nəzdində
Bakı Texniki Kollecinin direktoru
professor Akif Cahangirovun müəllim və tələbə heyətinə müraciəti

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin müəllim və tələbə heyətinə!

Dünyada tüğyan edən koronavirus bizim respublikadan da yan kecməmişdir. Hökumətimizin vaxtında apardığı tədbirlər nəticəsində epidemiya minimuma endirilmişdir. Təhsildə yaranmış fasilədə tədris dayandırılmamış, tələbələrimizə onlayn dərslər keçirilmişdir. Tələbələrə zəruri biliyin verilməsi üçün müəllimlər var gücü ilə çalışmışlar. Bu işdə vicdanla dərs keçən müəllimlərimizə öz minnətdarlığımı bildirirəm.

        Kollecin pedoqoji şurası yaz imtahan sessiyasında tələbə biliyinin qiymətləndirilməsi üçün qərar qəbul edib.Qərarda pandemiya dövründə tələbə biliyinin qiymətləndirilməsində imtiyazlar nəzərdə tutulmuşdur. Müəllimlərimiz keçiriləcək onlayn imtahanları peşəkarlıqla, şəffaf və yüksək müəllim məsuliyyəti ilə yerinə yetirməlidir. Tələbələrimizə bütün qiymətləndirmə prosesində maksimum qayğı və köməklik göstərilməlidir.

         Təssüf ki, kollecdə az da olsa tələbələrə dirnaqarası köməklik göstərmək istəyən müəllimlər də vardır. Onlar tələbələrlə əlaqə yaradır, onlara yalan informasiyalar verirlər. Öz çirkin əməllərini həyata keçirməyə cəhd edirlər.Biz belə müəllimlərə qarşı amansız olmalıyıq. Bütün tələbələrdən, valideynlərdən xahiş edirəm ki, hər hansı bir təxribata reaksiya versinlər və imtahan qərargahına və ya şəxsən mənə çəkinmədən məlumat versinlər.Sizin köməkliyiniz nəticəsində bu müəllimləri kollecdən uzaqlaşdıraq.

        Biz- Bakı Texniki Kollecinin müəllim heyəti pandemiya dövründə respublikamızın prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gördüyü işləri, bizim üçün yaradılan şəraiti və əhalimizin işsiz təbəqələri, xüsusilə həssas əhali qrupu və tələbələrə olan qayğını yüksək qiymətləndirərək, hər birimizin üzərinə düşən məsuliyyəti dərk edərək işimizi düzgün koordinasiya edək..

         Tələbələrimizdən də xahiş edirəm ki, sessiyadan müvəffəqiyyətlə keçmək üçün biliyin qiymətləndirilməsində onlara edilən güzəştlərdən düzgün istifadə etsinlər.

 

 

Hörmətlə: Bakı Texniki Kollecinin direktoru professor Akif Cahangirov

 

Bölmə *Xəbərlər

Sosial şəbəkədə paylaş: