» » AzTU-nun nəzdində Bakı Texniki Kollecin Pedoqoji Şurasının qərarı

 
 
 

AzTU-nun nəzdində Bakı Texniki Kollecin Pedoqoji Şurasının qərarı

Müəllif Gülnar(BTK Proqramist) Tarix 26-05-2020, 14:15,

AzTU-nun nəzdində Bakı Texniki Kollecin Pedoqoji Şurasının qərarı
 
AzTU-nun nəzdində Bakı Texniki Kollecin Pedoqoji Şurasının qərarı
 

"AzTU-nun nəzdində Bakı Texniki Kollecinin tələblərinincari və aralıq qiymətləndirməsi, təcrübələrin qiymətləndirilməsi və yekun dövlət attestasiyasının təşkili barədə” məsələni müzakirə edərək Pedaqoji Şura qərara alır:

 

1.Təcrübənin qiymətləndirilməsi.

 

1.1. Tələbələrin istehsalat təcrübəsinin müəyyən bir hissəsində (təxminən bir ay) iştirak etdiyini, qalan hissəsinin isə koronovirus pandemiyasi ilə üst-üstə düşdüyüni nəzərə alaraq, təcrübələrdə iştirak edən bütün tələbələrin qiymətləndirilsi əvvəlki semestrin nəticələrinə uyğun olaraq (ÜOMG) aparılsın.

1.2. İstehsalat təcrübəsinin hesabatları və yaxud onların titul vərəqələri, sonradan "Təcrübə” şöbəsinə təhvil vermək məqsədilə, rəhbərlərin elektron ünvanlarına göndərilsin.

 

2.Cari qiymətləndirmə.

2.1.On-line dərslər semestrin sonunadək,eyni qayda ilə təsdiq olunmuş cədvəl üzrə davam etdirilsin və dərslərə qatılan (iştirak edən) tələbələrə maksimum dərəcədə fənnin mənimsənilməsi üçün şərait yaradılsın. Onları həvəsləndirmək məqsədilə tədrisin bütün növləri üzrə biliyinin qiymətləndirilməsi müvafiq təlimatın tələblərinə uyğun olaraq aparılsın.

2.3. On-line dərslərdə iştirak edən tələbələri digərlərindən fərqləndirmək üçün dərslərdə iştirak etməyənlərin hamısına 34 bal, dərslərin hamısında iştirak edənlərə isə 10 bal artıq, yəni - ən azı 44 balın yazılması təmin edilsin .

2.4. On-line dərslərdə 100% iştirak edən və tədrisin hər hansı bir növü üzrə (mühazirə, məşğələ, laboratoriya - fərq qoymadan) fəallıqgöstərən tələbəyə maksimum 50 balın yazılması təmin edilsin. Burada əvvəlki semestrin nəticələri (ÜOMG) mütləq şəkildə nəzərə alınsın.

2.5. Dərslərə qismən qatılan tələbələrin imtahanqabağı ballarının, fənn müəllim-ərinin apardığı qiymətlələndirmənin və tələbələrin iştirak etdiyi dərslərin sayından asılı olaraq34 – 40 bal arasında dəyişməsi təmin edilsin.

2.6 Birinci kurslarda nəzərdə tutulmuş KSQ və BSQ –lər keçirilməsin. Həmin kurslarda illik qiymətləndirmə birinci semestrdə keçirilmiş summativ qiymətləndirməlrə əsasən aparılsın

 

 

3.İmtahan sessiyasının təşkil və keçirilməsi.

3.1. İmtahan sessiyası on-line video görüntülü olmaqla, şifahi formada keçirilsin.

3.2. İxtisaslar üzrə təsdiq olunmş tədris planlarına uyğun olaraq, hər bir akademik qrup üçün imtahan cədvəlinin hazırlanması və ictimayətə çatdırılması şöbə müdirlərinə tapşırılsın.

3.3. Fənnin məzmununu əhatə etməklə hər birinə imtahan üzrə 25 suallar hazırlansın və sessiyanın başlanmasına az qalmış fənn müəllimləri tərəfindən tələbələrə verilsin. İmtahan suallarının tələbələrə vaxtında verilməsinə nəzarət müvafiq şöbə müdrlərinə və fənn birləşməsinin sədrlərinə həvalə edilsin.

3.4. İmtahanlarda tələbələrə "imtahan bileti” olmadan istənilən beş sualın cavablandırılmasına şərait yaradılısın. Sorğu drektorun səlahiyyətli nümayəndəsinin iştirakı ilə fənn müəllimi tərəfindən şifahi olaraq aparılsın. Hər bir tələbənin sorğusu və onun qiymətləndirilməsi qrupun digər tələbələrinin on-line iştirakı ilə həyata keçirilsin.

3.5. İmtahana qoşula bilməyən tələbələr imtahanda iştirak etməmiş hesab olunsun və onlar üçün avqust –sentyabr aylarındayeni tədris ilinin başlanmasınaqədər təkrar imtahanlar təşkil olunsun.

3.6. Qiymətləndirmə Təhsil Nazirliyinin müvafiq əsasnaməsinə uyğun olaraq həyata keçirilsin.

 

 

4. Yekündövlət attestasiyasi :

4.1. Dövlət imtahani

4.1.1. Dövlət İmtahanına buraxılan hər bir tələbə, sorğu keçirmədən, müsbət qiymətləmdirilsin. Qiymətləndirmə Dövlət İmtahanına düşən fənlər üzrə tələbənin vaxtilə topladığı ballara ( həmin fənlər üzrə ÜOMG) uyğun aparılısın.

4.1.2. Bu qərar ilə narazı olan tələbələr əvvəlcədən müraciət edərək avqust-sentyabr aylarında təşkil olunacaq Dövlət İmtahanında yenidən iştirak edə biləcəklər.

4.1.3. Kollec üzrə verimiş əmrə əsasən ayrı-ayrı ixtisaslar üçün yaradılmış Dövlət Attestasiyası Komissiyaları (DAK) tərəfindən məzunlara subbakalavr ixtisas dərəcəsinin və müvafiq (adi və ya fərqlənmə) diplomun verilməsi üçün iclaslar təşkil edilsin və müvafiq qaydada sənədləşdirisin. DAK üzvlərinin 3-də 2-si iştirak etdikdə iclas səlahiyyətli sayılsın.

 

5. İmtahan Sessiyası və və Yekun Dövlət Attestasiyasının təşkili zamanı "İmtahanlar zamanı Koronavirus infeksiyası (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə əməl olunması üçün lazımi hazırlıq tədbirləri görülsün.


Bölmə *Xəbərlər

Sosial şəbəkədə paylaş: