» » 2020/21-ci tədris ilində qəbul olan tələbələrin nəzərinə!

 
 
 

2020/21-ci tədris ilində qəbul olan tələbələrin nəzərinə!

Müəllif Direktor Tarix 27-09-2020, 22:26,

2020/21-ci tədris ilində qəbul olan tələbələrin nəzərinə!
2020/21-ci tədris ilində qəbul olan tələbələrin nəzərinə!

2020/21-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsil müəssisələrinə qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi müddətdə sənədləri qəbul olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
 
Ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq tələbələrin təhsil müəssisələrində qeydiyyat prosesinin elektron qaydada həyata keçirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən Təhsil Mərkəzləşdirilmiş İndormasiya Sistemində qeydiyyat yaradılmışdır. Bu məqsədlə birinci tədris ili tələbələrin https://e-telebe.edu.az/ portalına müraciət etmələri tələb olunur.
 
Məlumat üçün bildirmək istəyirik ki, elektron qeydiyyat prosesində təhsil sisteminə daxil olan birinci tədeis ili tələvələri sırasından olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr müəyyən ediləcək və həmin tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün indormasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmayacaqdır.

Bölmə *Xəbərlər

Sosial şəbəkədə paylaş: