» » Təhsil Nazirliyi tələbələrə müraciət etdi

 
 
 

Təhsil Nazirliyi tələbələrə müraciət etdi

Müəllif Direktor Tarix 19-11-2020, 20:39,

 Təhsil Nazirliyi tələbələrə müraciət etdi
 

 

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 1-dək davam etdirəcək.

Nazirlikdən bildirilib ki, cari tədris (2020/2021-ci) ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbələrdən, eləcə də, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrdən xahiş olunur ki, qeyd edilən tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərin edilməsini yekunlaşdırsınlar və natamam müraciətləri tamamlayaraq, onları təsdiq etsinlər.

Qeyd edək ki, Təhsil Nazirliyi 30 sentyabr 2020-ci il tarixindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə cari tədris ilində ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib.

Hazırda müraciətlərin qəbulu və  emalı prosesi davam edir.

Bölmə *Xəbərlər

Sosial şəbəkədə paylaş: