» » Vətən Müharibəsi uğrunda gedən döyüşlərdə Bakı Texniki Kollecinin 2 tələbəsi Şəhid olmuş və 2 tələbəsi Qazi olmuşdur

 
 
 

Vətən Müharibəsi uğrunda gedən döyüşlərdə Bakı Texniki Kollecinin 2 tələbəsi Şəhid olmuş və 2 tələbəsi Qazi olmuşdur

Müəllif Direktor Tarix 23-11-2020, 13:28,

Vətən sevgisi əzəli və əbədi bir qəlb odudur, heç vaxt öz təravətini və gücünü itirmir və elə buna görədir ki,insan bu sevgiyə köklənəndə dünyanın bütün işığı və nuru onun qəlbinə, fikrinə dolur.
Bəli, bu gücü, qüdrəti bu sevgidən aldı Şəhidlər.Şəhid oldu.Ölməzlik zirvəsini fəth etdi Şəhidlər.
Əbədi sevgi kimi qəlbimizə həkk etdik onları.Heç vaxt, heç zaman unudulmayan xatirə tək yaşadırıq, yaşadacağıq onları.
Türk oğlu hayqıraraq ayağa qalxdı, mənfur düşməndən tökülən günahsız qanların intiqamını aldı.Elxan da, Elvin də belə oğullardandır.Onlar Bakı Texniki Kollecinin məzunlarıdır.
Kədərləndik, göz yaşlarımıza sahib ola bilmədik,həm də qürurlandıq.Axı onlar bizim tələbələrdir!Qürur yerimiz, iftixarımızdır onlar!
Allah sizə rəhmət etsin, qeyrətli vətən oğulları!
Bütün müəllim kollektivi, bütün tələbələr sizin xatirənizi əziz tutacaq, həmişə sizi yad edəcəklər.
Bakı Texniki Kollecinin məzunu Elnur Əzizov Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmışdır və Qazi olmuşdur. Qazimizə Allahdan şəfa diləyirik.
 
Vətən Müharibəsi uğrunda gedən döyüşlərdə Bakı Texniki Kollecinin 2 tələbəsi Şəhid olmuş və 2 tələbəsi Qazi olmuşdur
Şəhid - Elxan Ramazanov

Vətən Müharibəsi uğrunda gedən döyüşlərdə Bakı Texniki Kollecinin 2 tələbəsi Şəhid olmuş və 2 tələbəsi Qazi olmuşdur
Şəhid - Elvin Abbasov

 Vətən Müharibəsi uğrunda gedən döyüşlərdə Bakı Texniki Kollecinin 2 tələbəsi Şəhid olmuş və 2 tələbəsi Qazi olmuşdur
Qazi - Babək Əzizli                           Qazi - Elnur Əzizov




Bölmə *Xəbərlər

Sosial şəbəkədə paylaş: