» » AzTU-nun nəzdində Bakı Texniki Kollecinin direktoru prof. Akif Cahangirovun "2 Fevral Gənclər Günü" münasibətilə təbriki

 
 
 

AzTU-nun nəzdində Bakı Texniki Kollecinin direktoru prof. Akif Cahangirovun "2 Fevral Gənclər Günü" münasibətilə təbriki

Müəllif Direktor Tarix 1-02-2021, 23:37,

AzTU-nun nəzdində Bakı Texniki Kollecinin direktoru prof. Akif Cahangirovun "2 Fevral Gənclər Günü" münasibətilə təbriki

Bakı Texniki Kollecinin gənc müəllimləri, əməkdaşları və tələbələri!
Hər birinizi "Gənclər Günü” münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə uğur dolu gələcək və sağlam həyat  arzulayıram.
2 fevral "Gənclər günü” 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, H.Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi  Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində də Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlandı.
Gənclər bizim, bu günümüz, sabahımız gələcəyimizdir. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün vacib məsələdir. Vətənini, xalqını,dilini sevən gənclər bizim ümidimizdir.
Düşmənlərlə mübarizə həyat tərzi olan xalqımızın söz sənəti də qəhrəmanlıq tərənnüm edən dastanlarla, poemalarla zəngindir. Bax belə böyümüşdür Azərbaycan gənci.  Gənclərimiz böyük ixtiralara, kəşflərə də möhür vurmuşdurlar. Bu gün Azərbaycan gəncliyi doğma ana dilimizi, gözəl adət-ənənələrimizi qoruyub saxlayır. Onlar doğma Azərbaycanını böyük məhəbbətlə sevir. Vətən müharibəsində qazandığımız qələbə bir daha bunu sübut etdi.
Vətəni, xalqı,torpağı uğrunda döyüşə atılan gənclərin qarşısında düşmən tab gətirə bilmədi. Onlar Azərbaycanın bütövlüyü uğrunda şəhid oldular. Qəlbi vətən məhəbbətilə döyünən, onun uğrunda hər cür mübarizəyə hazır olan bir gənc nəslimiz var bizim! Onlar qürurumuz,fəxrimiz,ümid yerimizdir!
Azərbaycan gənclər ölkəsidir.
Gənclərə diqqət və qayğı həmişə dövlət siyasətinin önündə dayanmışdır. 
Məhz gənclərimiz yaxşı təhsil almalı öz xalqına, dövlətinə ximət etməlidir.
Bir daha Sizi Gənclər günü münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram.

Bölmə *Xəbərlər

Sosial şəbəkədə paylaş: