» » AzTU şəhidlərinin və Bakı Texniki Kollecinin şəhidlərinin əziz xatirəsinə həsr olunan “Vətən sağ olsun” animasiyası təqdim olundu

 
 
 

AzTU şəhidlərinin və Bakı Texniki Kollecinin şəhidlərinin əziz xatirəsinə həsr olunan “Vətən sağ olsun” animasiyası təqdim olundu

Müəllif Direktor Tarix 16-02-2021, 22:03,

Qələbəmizin əldə olunmasında, 44 günlük Vətən müharibəsində iştirak edən hər bir qəhrəmanımız kimi Azərbaycan Texniki Universitetinin (AzTU) və kolleclərinin tələbə və məzunlarının da rolu danılmazdır. Onlardan 29 nəfəri  qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Onlardan 2 şəhid Bakı Texniki Kollecinin məzunu olmuşdur. Şəhid- Elxan Ramazanov və Şəhid- Elvin Abbasov

AzTU və nəzdində fəaliyyət göstərən Bakı Texniki Kolleci Vətən uğrunda canından keçən tələbə və məzunlarının xatirəsini hər zaman əziz tutur, bundan sonra da belə olacaq.

AzTU-nun tələbə-rektoru Əli Abdullazadənin təşəbbüsü ilə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn tələbə və məzunlara həsr olunan "Vətən sağ olsun” animasiyası da onların əziz xatirəsinə hörmət və ehtiramın ifadəsidir.

Rəssam Naqiyə Rzayevanın qumla yaratdığı animasiyanı Emin Hüseynov və AzTU-nun məzunu Nazim Şərbətov lentə alıb. 10 dəqiqəlik videoda qəhrəmanların universitetə daxil olduğu ildən şəhid olduğu dövrədək bütün məqamlar əks olunub. Qeyd edək ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Mənbə:-> Azərbaycan Texniki Universiteti

AzTU şəhidlərinin və Bakı Texniki Kollecinin şəhidlərinin əziz xatirəsinə həsr olunan “Vətən sağ olsun” animasiyası təqdim olundu
Şəhid - Elxan Ramazanov

AzTU şəhidlərinin və Bakı Texniki Kollecinin şəhidlərinin əziz xatirəsinə həsr olunan “Vətən sağ olsun” animasiyası təqdim olundu
Şəhid - Elvin Abbasov

Bölmə *Xəbərlər

Sosial şəbəkədə paylaş: