» » Bakı Texniki kollecinin fəaliyyəti

 
 
 

Bakı Texniki kollecinin fəaliyyəti

Müəllif Director Tarix 26-01-2016, 00:05,

 
 
Bakı Texniki kollecinin fəaliyyəti
 
 
Bakı Texniki Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 78 saylı 26 iyun 1996-cı il qərarı və Azərbaycan Respublikası TəhsilNazirliyinin 353 saylı 11 iyul 1996-cı il tarixli əmri ilə Bakı Politexnik və Maşınqayırma texnikumlarının birləşdirilməsi nəticəsində yaradılmışdır.

Kollecin hüquqi ünvanı: Bakı şəhəri,8-ci km qəsəbəsi,Q.Qarayev 2B

   Keçmiş Bakı Politexnik Texnikumu isə əsası 1930-cu ildə qoyulmuş Məişət-Texniki Texnikumun bazası əsasında 1962-ci ildə yaradılmışdır. Bakı Texniki Kollecinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlar Siyahısı" nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.08.2015-ci il tarixli 280 nömrəli qərarına əsasən dəyişdirilərək Azərbaycan Texniki Universiteti nəzdində Bakı Texniki Kolleci adlandırılmışdır.
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci hüquqi şəxs statusuna malik orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Kollec öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2011-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta İxtisas təhsil müəssisəninin Nümunəvi Nizamnaməsi"ni,digər qərar və sərəncamlarını,Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini,kollegiyasının qərarlarını Azərbaycan Texniki Universitetinin nizamnaməsini və öz nizamnaməsini rəhbər tutur. Kollec-orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir.
AzTU-nin nəzdində Bakı Texniki Kollecində təhsil dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilir.
 
Kollec təhsil və tərbiyə mərkəzi kimi aşağıdakı vəzifələri yerinə yetirir:
-hər bir şəxsin intellektual,mədəni və mənəvi inkşafı,orta ixtisas təhsili alma tələblərinin ödənilməsini;
-təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi;
-yüksək ixtisaslı kadrların hazırlanması;
-ixtisasartırma və kadrların yenidən hazırlanması;
-xarici əlaqələrin təmin edilməsi;
-tədris prosesinin düzgün təşkil edilməsi;
-təlim prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə edilməsi;
-konfranslar,seminarlar,olimpiadalar və s. təşkil edilməsi;
-Boloniya Bəyənnaməsinin əsas prinsiplərinin tətbiqi ilə bağlı müasir informasiya və metodiki təminatı,qlobal komputer şəbəkəsi(internet) üçün informasiya resurslarının yaradılması;
-dərslik,dərs vəsaiti,tədris və tədris-metodiki ədəbiyyatların hazırlanması və nəşr edilməsi;
-tələbələrə və müəllim heyətinə idman,sağlamlıq,iaşə və məişət xidmətləri göstərməsi;
-təsərrüfat və maliyyə fəaliyyətinin həyata keçirilməsi;
-Kollecin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində işlərin həyata keçirilməsi;
 
Kollec hal-hazırda aşağıdakı təhsilalma formalarını həyata keçirir:
-əyani;
-qiyabi.
 
 
   Kollecdə əyani forma üzrə normativ təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunanlar üçün 3-4,tam orta təhsil bazasından qəbul olunanlar üçün isə 2-3 ildir.
   Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır.Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir.
Kolleci bitirən məzunlara "Subbakalavr” ixtisas dərəcəsi verilir.
   Kollecə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.Kollecə tələbə qəbulu planı müvafiq dövlət,həmçinin ayrı-ayrı müəssisə və təşkilatların sifarişi əsasında orta ixtisas təhsili müəssisənin imkanları nəzərə alınmaqla,orta ixtisas təhsili müəssisələrinin və tabeliyində orta ixtisas təhsili müəssisələri olan nazirlik və təşkilatların təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər kabineti tərəfindən müəyyən olunur.
 
 
Kollec hal-hazırda aşağıdakı təhsil proqramlarını(kurikulumları) həyata keçirir:
-tam orta təhsil(ümumi orta təhsil bazasından təhsil alanlar üçün);
-orta ixtisas təhsili ;
-əlavə təhsil.

Kollecdə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır:
-Yol hərəkətinin təşkili
-Nəqliyyat vasitələrinin texniki istismarı
-Nəqliyyatda daşımaların təşkili
-Nəqliyyat vasitələrinin təmiri və servisi
-Neft və qaz yataqlarının istismarı
-Mühasibat uçotu
-Avtomobil yolları və aerodromların tikintisi,istismarı və təmiri
-Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı
 
   Orta ixtisas təhsili pilləsinin proqramlarını başa vurmuş və Kollecin yekun dövlət attestasiyasından keçmiş tələbələrə orta ixtisas təhsili müəssisəsini bitirmələri barədə "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydaları nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarına uyğun olaraq dövlət nümunəli sənəd-diplom verilir.

Kollecdə aşağıdakı şöbələr fəaliyyət göstərir:
1. "Avtonəqliyyat ” şöbəsi
2. "İqtisadiyyat ”şöbəsi
3. "Mexanika ” şöbəsi
4. "Qiyabi” şöbə
5. "İstehsalat-təcrübə” şöbəsi
 
Kollecdə tədris,metodiki və pedoqoji işlərin həyata keçirilməsi üçün aşağıdakı fənn birləşmələri fəaliyyət göstərir:
1. "Humanitar və sosial iqtisad” fənn birləşməsi
2. "Ümumtexniki ” fənn birləşməsi
3. "Ümumixtisas və neft” fənn birləşməsi
4. "İqtisadiyyat ” fənn birləşməsi
5. "Fizika-riyaziyyat” fənn birləşməsi
6. "Dil və Ədəbiyyat” fənn birləşməsi
7. "İngilis dili” fənn birləşməsi
8. "Avtomobil nəqliyyatı” fənn birləşməsi
9. "Fiziki hazırlıq və gənclərin çağırışaqədərki hazırlığı” fənn birləşməsi
 
   Kollecin tədris binası 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir.Kollecdə hazırlanan ixtisaslar üzrə müasir tələblərə cavab verən kabinet və laboratoriyalar tələbələrin istifadəsinə verilmişdir. Hazırda kollecdə 1500-ə yaxın tələbə təhsil alır. Kollecdə təlim-tərbiyə prosesi ilə uzun illər pedoqoji təcrübəsi olan 12 nəfər rəhbər işçi və 89 nəfər müəllim məşğul olur.

Bölmə *Xəbərlər

Sosial şəbəkədə paylaş: