» » Orta ixtisas təhsili müəssisələrində təhsil islahatlarının həyata keçirilməsi ilə bağlı müşavirə

 
 
 

Orta ixtisas təhsili müəssisələrində təhsil islahatlarının həyata keçirilməsi ilə bağlı müşavirə

Müəllif Director Tarix 8-12-2015, 03:01,

 

Orta ixtisas təhsili müəssisələrində təhsil islahatlarının

həyata keçirilməsi ilə bağlı Təhsil Nazirinin müavini

Firudin Qurbanovun 08.12.2015-ci il tarixdə keçirdiyi

müşavirədə verilən

Təkliflər

 

I.Normativ hüquqi bazanın yaradılması.

1. "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tətbiqi ilə bağlı:

* Orta ixtisas təhsili müəssisəsinin yeni Nümunəvi Nizamnaməsinin işlənməsi.

* Orta ixtisas təhsili müəssisələrin Nizamnaməsinin yenidən hazırlanaraq təsdiq edilməsi.

* "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”nin yenidən işlənməsi.

* "Orta ixtisas təhsili müəssisələrinin maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum Normalar” yenidən işlənməli.

* Orta ixtisas təhsili müəssisələrinin nümunəvi "Ştat cədvəli”nin hazırlanması və həmin ştat cədvəlində kredit sistemi ilə tədrisin təşkili qaydalarına uyğun "tyutor” və s. ştat vahidlərinin nəzərdə tutulması və onların statuslarının müəyyənləşdirilməsi.

2. Ölkə iqtisadiyyatı və əmək bazarının tələbləri nəzərə alınmaqla "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın yenidən işlənilməsi.

3. "Əlavə ali (orta) ixtisas təhsili almaq haqqında Əsasnamə”nin əlavə orta ixtisas təhsili üzrə tətbiqi özünü təcrübədə doğrultmadığından yenidən işlənməli və burada ali təhsillilərin əlavə orta ixtisas təhsilində təhsil almaları, əlavə orta ixtisas təhsili alanların qrup şəklində deyil, mövcud qruplara əlavə olunması və s. məsələlərin nəzərə alınması.

4. Orta ixtisas təhsili müəssisələrinə tədris məşğələlərinin aparılması üçün kənardan cəlb olunan müəllimlərdən kimlərin saat hesabı, kimlərin əvəzçi müəllim kimi işə götürülmə mexanizminə aydınlıq gətirilməli.

5. Orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə "Dövlət qulluğu” statusunun verilməsi.

6. Orta ixtisas təhsili müəssisələrində yaş həddi ilə bağlı təcrübəli müəllimlərin təqaüdə göndərilməsi tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Bu məqsədlə yaş həddi çatmış müəllimlərlə müqavilə bağlanması şərtinin 2 % -dən 5 %-ə qədər qaldırılması daha məqsədəuyğun hesab edilir.

7. Ayrı-ayrı orta ixtisas müəssisələrinin strateji inkişaf proqramının hazırlanması.

8. Dövlət Təhsil Standartlarının tələblərinə uyğun orta ixtisas təhsili müəssisələri (xüsusilə texniki təmayüllü kolleclər) üçün yeni dərslik və dərs vəsaitlərinin hazırlanması və nəşri işinin təkmilləşdirilməsi.

 

 

Orta ixtisas təhsili müəssisələrində təhsil islahatlarının həyata keçirilməsi ilə bağlı müşavirə

 

Orta ixtisas təhsili müəssisələrində təhsil islahatlarının həyata keçirilməsi ilə bağlı müşavirə

 

  

II.Tədrisin təşkili ilə bağlı

1. "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tətbiqi ilə bağlı "Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın yenidən işlənməsi.

2. Tələbələr arasında rəqabət mühitinin yaradılması məqsədilə orta ixtisas təhsilini "əla” və "əla və yaxşı” qiymətlərlə başa vurmuş tələbələrin Ali təhsil müəssisəsinin uyğun ixtisaslarına imtahansız qəbul edilməsi.

3. Texniki təmayüllü Ali məktəblərin məzunlarının (magistr və doktorantların) orta ixtisas məktəblərinə müəllim kimi cəlb olunması işinin stimullaşdırılması.

4. İstehsalat təcrübələrinin müasir tələblər səviyyəsində keçirilməsində ciddi çətinliklər yaranır. Belə ki, müəssisələr tədris müəssisələri ilə müqavilənin bağlanmasına ya etiraz edir və yaxud istehsalat təcrübələrinin lazımi səviyyədə keçirilməsi üçün şərait yaratmır. Bu problemi həll etmək üçün Azərbaycan RespublikasıTəhsil Nazirliyi ilə qabaqcıl istehsalat müəssisələri, şirkətləri və s. ilə uzunmüddətli müqavilələrin bağlanmasına ehtiyac duyulur.

5. Orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin tənzimlənməsi, bu sahədə olan problemlərin həlli, inkişaf istiqamətlərinin müəyyən edilməsi və koordinasiya işlərinin aparılması məqsədilə direktorlar şurasının yaradılması.

6. Kolleclərdə ixtisas hazırlığının spesifikliyini nəzərə alaraq Təhsil Problemləri İnstitutu ilə birgə bir sıra fənlər üzrə elmi metodiki əsaslara söykənən yeni təlim texnologiyalarının hazırlanması işinin təşkili.

7. Orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə cavab verən səviyyədə təşkil edilməsi, tədris prosesində əyani və texniki vəsaitlərdən geniş istifadə edilməsi məqsədilə ixtisaslar üzrə əyani və texniki vəsaitlərin, hərəkətli modellərin və digər texniki avadanlıqların təhsil müəssisəsinin daxili imkanları hesabına sifariş əsasında ödəniş etməklə hazırlanması üçün Təhsil Nazirliyinin nəzdində mərkəzləşmiş müəssisənin yaradılması.

8. Tədris prosesinin daha mütəşəkkil keçirilməsi məqsədilə akademik dərslər arası fasilənin ləğv və dərslər arası fasilənin 10 dəqiqə nəzərdə tutulması məqsədəmüvafiq hesab edilir.

 


Orta ixtisas təhsili müəssisələrində təhsil islahatlarının həyata keçirilməsi ilə bağlı müşavirə

 

Orta ixtisas təhsili müəssisələrində təhsil islahatlarının həyata keçirilməsi ilə bağlı müşavirə

 

 

III. İqtisadi məsələlər üzrə:

1. Müəllimlərin bilik, bacarıq, peşəkarlıq qabiliyyətinə və tədrisin keyfiyyət göstəricilərinə görə əmək haqqının artırılması işini təmin etmək.

2. Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin əmək haqlarının Ali təhsil müəssisələrində çalışan alimlərin əmək haqqı ilə uyğunlaşdırılması.

3. Hazırda orta ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin əmək haqqı 1 (500 saat ) və ya 1,5 (750 saat) müəyyənləşdirilir. 1 stavkadan (500 saatdan) yuxarı və 1,5 stavkadan (750 saatdan) aşağı olan müəllimlərin dərs yükü saat hesabı ödənilir. Bu isə müəllimin əməyinə ikili münasibət yaradır. Müəllimin əmək haqqının faktiki yerinə yetirdiyi dərs yükünə uyğun ödənilməsi daha məqsədəuyğundur.

 

  

Orta ixtisas təhsili müəssisələrində təhsil islahatlarının həyata keçirilməsi ilə bağlı müşavirə

 

Orta ixtisas təhsili müəssisələrində təhsil islahatlarının həyata keçirilməsi ilə bağlı müşavirə

 

 

IV. Beynəlxalq əlaqələrlə bağlı:

1.Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən orta ixtisas təhsili müəssisələrinə xarici ölkələrin təhsil müəssisələri ilə, beynəlxalq qurumlar və fondlarla əməkdaşlıq yaradılmasına köməklik göstərilməsi.

2. Təhsil Nazirliyi tərəfindən qabaqcıl ölkələrin təcrübəsini öyrənmək və qarşılıqlı müqavilələr bağlamaq məqsədilə orta ixtisas təhsili müəssisələrinin müəllimlərinin, rəhbər işçilərinin təhsil müəssisəsinin daxili imkanları hesabına ezamiyyətə göndərilməsi işinin təşkil edilməsi.

 

 

AzTU-nun nəzdində

Bakı Texniki Kollecinin

direktor Fərrux Məmmədov



 

 




Bölmə *Xəbərlər

Sosial şəbəkədə paylaş: