Bakı Texniki Kolleci
Bakı Texniki Kolleci
Facebook səhifəmiz
Faydalı
» *Xəbərlər » AzTu-nun nəzdində Bakı Texniki Kollecinin direktoru prof. Akif Cahangirovun "2022-ci il Yeni il” münasiəti ilə təbriki.

AzTu-nun nəzdində Bakı Texniki Kollecinin direktoru prof. Akif Cahangirovun "2022-ci il Yeni il” münasiəti ilə təbriki.

AzTu-nun nəzdində Bakı Texniki Kollecinin direktoru prof. Akif Cahangirovun "2022-ci il Yeni il” münasiəti ilə təbriki.

Hörmətli müəllimlər, əməkdaşlar!
Əziz tələbələr!

Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram!
Ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan və azərbaycançılıq məfkurəsinin təcəssümü olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız Vətənə bağlılığın, milli birliyin, həmrəyliyin qürurunu yaşayırlar.
Qürurverici haldır ki, hər birimiz üçün əziz və əlamətdar olan bu bayramı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, rəşadətli ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qalib ölkə kimi qeyd edirik.