» » Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən AzTU-nun nəzdində Bakı Texniki Kollecinin məzunlarının nəzərinə!

 
 
 

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən AzTU-nun nəzdində Bakı Texniki Kollecinin məzunlarının nəzərinə!

Müəllif Direktor Tarix 8-06-2021, 19:38,

2021/2022-ci tədris ili üçün DİM-in Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən AzTU-nun nəzdində Bakı Texniki Kollecinin məzunlarının nəzərinə!

Hörmətli məzunlar, əgər Sizin diplomunuzda subbakalvr səviyyəsi göstərilibsə, Siz qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində ixtisas seçimi müsabiqəsində iştirak edə bilərsiniz. Bunun üçün Sizin təhsiliniz haqqında müvafiq məlumatlar(arayış) məzun olduğunuz müəssisə tərəfindən "Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə yerləşdirilməlidir. Daha ətraflı: (https://cabmin.gov.az/…/60442d8c9c8fb11448aec4b7a9fccb33.pdf)

Yalnız müvafiq məlumatları (ÜÖMG-arayış) sistemə daxil edilmiş subbakalavrlar ali təhsil müəssisələrinə qəbul müsabiqəsində imtahan vermədən iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə elektron ərizə ilə müraciət edə biləcəklər. Arayış məlumatları "Tələbə-məzun” sisteminə daxil edilməyən və təsdiqlənməyən subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən müsabiqədə iştirak edə bilməyəcəklər. http://dim.gov.az/news/3674/…

Məlumatın vaxtında "Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə yerləşdirilməsi üçün Siz aşağıdakı sənədləri (yalnız elektron formada) kollec_texniki@mail.ru vaxtında bu email ünvanına göndərməlisiniz.

Diploma əlavənin surəti (scan formada)

Şəxsiyyət vəsiqəsinin surəti (scan formada)

Tam orta (11 illik) təhsil bazasından qəbul olunanlar: attestatın surəti (scan və ya şəkil formada)

 Diplomu və ya diploma əlavəni Kollecdən götürməyən məzunlar elektron qaydada sənədi(lər) almaq üçün ərizə ilə müraciət edə bilərlər.

Diqqət:

Sənədləri təsdiqinin sürətləndirilməsi üçün göndərilən emaildə məzunun soyadı, adı, atasının adı və qrup nömrəsinin, e-mail ünvanının aydın yazılması (və əlavə olaraq əlaqə nömrəsi qeyd etməyiniz) məqsədəuyğundur. Sizin arayış "Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə yerləşdirildikdən sonra sənədləri göndərdiyiniz e-mail ünvanına məlumat(cavab) veriləcəkdir;

Arayış məlumatlarının hazırlanması və "Tələbə-məzun” sisteminə daxil edilməsi müəyyən vaxt apardığını nəzərə alaraq sənədlərin qəbulu ixtisas seçimi(müsabiqə) başlanılmasından 2 gün əvvəl dayandırılacaqdır.

Suallarınız olarsa, iş günləri saat 09:00-dan-16:30-dək +994(12)-520-93-78 telefon nömrəsi ilə də əlaqə saxlaya bilərsiniz.

Bölmə *Xəbərlər

Sosial şəbəkədə paylaş: